Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yüksək təzyiqdən qorunmaq üçün sadə metod - Koreya alimləri

  • 2022.03.12 15:42
  • 2328 Baxış
Yüksək təzyiqdən qorunmaq üçün sadə metod  - Koreya alimləri

Koreya alimləri hipertoniya xəstəliyinin profilaktikası üçün sadə üsulu aşkarlayıblar.

Onların fikrincə, insanın qida rasionunda nə qədər rəngarəng zülal olsa, o qədər təzyiqi aşağı olar.

Bakupost.az xəbər verir ki, yeni elmi araşdırmada 12 min Çin və Koreya sakininin tibbi bazası araşdırılıb.

Bu insanlar 1997-2015-ci illər arasında öz qida rasionları barədə məlumatları təqdim ediblər.

Hər iştirakçı zülal miqdarı və müxtəlifliyinə görə ballar alıb.

Məlumdur ki, insan qidasına uyğun 8 zülal mənbəyi var. Bunlardan ən əsası ət, yumurta, paxlalılar, dəniz məhsullarıdır.

Daha sonra alimlər bu insanların zamanla təzyiq dərəcələrini qiymətləndirib.

Nəticələr göstərib ki, qidasında 3-4 cür zülal olan insanlarda hipertoniya riski 60% azdır. 2-3 bal toplayanlarda isə yaş artdıqca təzyiq xəstəliyi də yaranıb.

Burda əsas hədəf zülalın miqdarı yox, müxtəlifliyidir. Çünki çox miqdarda ət yeyənlərdə də təzyiq xəstəliyi olur.
İnsan həftə ərzində ən azı 4-5 zülal mənbəsindən zülalı qəbul etməlidir.


Aygün M.
Bakupost.az