Yüksək qan təzyiqi ürəyə, beyinə və böyrəklərə zərər verə bilər.
Nəzarət olunmayan yüksək təzyiq xüsusilə hər an bir orqanı sıradan çıxara bilər.
ÜST hesab edir ki, dünyada hər dörd orta yaşlı kişidə və hər beş qadından birində hipertansiyon var. Eyni zamanda, hipertoniya halları çox vaxt diaqnoz qoyulmadan gizli qalır.
“Medicina” xəbər verir ki, həkim – kardioloq Anna Panovanın sözlərinə görə, davamlı yüksək qan təzyiqi mühüm orqanlara belə zərər verə bilər.
Ürək.
Kardioloqun sözlərinə görə, nəzarətsiz təzyiqin ən ağır yükünü ürək daşıyır. Yüksək təzyiq infarkt, ürək çatışmazlığına səbəb ola bilər.
Beyin.
Daimi yüksək təzyiqdən əziyyət çəkən digər mühüm orqan beyindir. Nəzarətsiz hipertoniya insult, qanaxma, demensiyaya meylli edir.
Böyrəklər.
Yüksək təzyiq böyrək çatışmazlığına səbəb ola bilər.
Gözlər.
Nəzarət olunmayan yüksək qan təzyiqi gözlərə dağıdıcı təsir göstərir, retinal qanaxmaya və hətta görmə itkisinə səbəb olur.
Reproduktiv sağlamlıq. Yüksək təzyiq həm kişilərdə, həm də qadınlarda fertillik problemlərinə səbəb ola bilər. Yüksək təzyiq sperma keyfiyyətinin pozulması, impotensiya ilə əlaqələndirilir.
Aynurə Məmmədova