Dünyada insult və infarkt xəstələrinin 50%-nin həyatı xilar oluna bilərdi, əgər onlar vaxtında yüksək təzyiqi neytrallaşdırsaydılar.
Hipertoniya ürək, beyin, böyrəklərin qan damarlarını zədələyir.
Medicina.az xəbər verir ki, alman kardioloq Martin Halle təzyiqin əsas orqanlara necə fəsad verdiyini izah edib
Yüksək təzyiq damarların tonusunu azaldır, tıxayır. Damarlardan qanın normal axınını pozur.
Damar istənilən orqanda: ürəkdə, beyində, böyrəkdə partlaya bilər. Böyrəklərdə bu baş verdikdə dializə ehtiyac yaranır.
“Ürəyin əzələsi uzun illər yüksək təzyiqlə mübarizə aparır, buna qarşı dayanır. Ürəyin elerktik mərkəzi də tükənir, zədələnir, bu da aritmiyalara səbəb olur.
Damarlar tıxanır, tromb əmələ gəlir. Hansı damarın nə dərəcədə tıxanmasından asılı olaraq emboliyalar, insult və infarkt vaş verir.
Bir şeyi unudursuz: insult, infarkt ayrıca sadə xəstəliklər deyil. 50% hallarda geci-tezi ölümlə nəticələnir. Ona görə bu xəstəliklərin qarşısının alınmasının birinci yolu təzyiqi stabil saxlamaqdır”.