Alimlər 2 elmi araşdırmanın nəticəsi olaraq, rasionda yüksək zülallı qidaların olmasının sağlam böyrəklərə zərbə vurduğunu bəyan edib.
Medicina.az xəbər verir ki, Leyden Tibb Mərkəzi və Cənubi Koreyanın Universiteti xüsusən idmançıların, arıqlamaq istəyənlərin üz tutduğu yüksək zülal dietasının böyrəklərin normal funksiyasını pozduğunu sübut ediblər.
2225 nəfərin qida rasionu araşdırılıb. İştirakçılar gündə 71 qr zülal qəbul edənlər olub. Eləcə də onların yaşı, həyat tərzi, siqaret, içki qəbulu, diabet, təzyiq faktorları nəzərə alınıb.
Çistatin S konsentrasiyasının illik dəyişimi gündə 70-80 qr zülal qəbul edənlərdə 2 dəfə azalıb, nəinki gündə 40-50 qr zülal tərkibli qida qəbul edənlərdə.
Əgər pasiyent diabet xəstəsidirsə, bu göstərici 3 dəfə daha artıq azalmış olub.
Koreya Universitetinin alimləri isə 9226 nəfərin qidasının böyrəklərin hiperfiltrasiyasına nə dərəcədə təsir etdiyini araşdırıb.
11,5 il ərzində müşahidələr göstərib ki, gündəlik zülal qəbulu çox olan pasiyentlərdə böyrəklərin süzmə qabiliyyəti azalır.
Beləliklə, zülal tərkibli qidalar, xüsusən yumurta və ət qəbulunda diqqətli olmaq lazımdır.