Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yüksək dozada D vitamini içmək xərçəng riskini artırır

  • 2022.04.09 16:08
  • 4589 Baxış
Yüksək dozada D vitamini içmək xərçəng riskini artırır

Yaşlı insanların D vitamini artırmaq məqsədilə uzun müddət yüksək dozada, 30 - 50 min vahid birdəfəyə D vitamini qəbul etməsi onlarda onkoloji xəstəlik riskini artırır.

Bakupost.az xəbər verir ki, bu fikri KİMPA tədqiqat institutunun alimləri irəli sürüb.

Onların elmi tədqiqatı 20 min nəfəri əhatə edib.

Yaşı 60-dan yuxarı olan insanları 5 il ərzində müayinə ediblər. Bu müddət ərzində pasiyentlər ayda bir dəfə D vitamininin gel kapsul formasını qəbul ediblər.

İştirakçıların yarısına plasebo kapsulu, digər yarısına 60 000 ME vahid D vitamini verilib.
5 il ərzində onlardan 1200 nəfəri ölüb.

Onlardan 500 nəfəri plasebo qəbul edənlər, qalanı yüksək doza D vitamini qəbul edənlər idi.

Ölüm səbəbini araşdırdıqda məlum olub ki, yüksək doza D vitamini qəbul edənlərdə onkoloji xəstəliklər 15% daha çox idi, nəinki az qəbul edənlərdə.

Ona görə alimlər 60 yaşdan sonra yaşlılara daha az dozada D vitamini verməyi tövsiyə edir.


Aygün Musayeva
BakuPost