Müstəqil elmi tədqiqat qrupu Dtastic Research 2018-ci ilə aid sənəd aşkarlayıblar. Orda qeyd olunub ki, koronavirusun ilk meydana çıxdığı Yuhan şəhərində alimlər dövlət qrantı hesabına yarasalar üzərində eksperiment aparıblar.
Medicina.az xəbər verir ki, Drasticin saytında bu barədə məlumat yerləşdirilib.
Ortaya çıxan sənədlərdən məlum olut ki, pandemiyadan 18 ay öncə alimlər mağaralarda yarasaları hibrid virusun nanozərrəcikləri ilə qəsdən yoluxdurublar və bu zülal koronavirusa aid olub.
Eksperimentin məqsədi kimi, şəhər ətrafındakı mağaralarda yarasaların immunitetini koronavirusa qarşı möhkəmləndirmək qeyd olunub. Guya bu yolla virusun insanlar arasında yarasalardan yayılmasının qarşısını almaq mümkün ola bilər.
Maraqlısı odur ki, bu tenderin elan edən çinli alim yox, britaniyalı zooloq Piter Dasak olub. O, EcoHealth adlı amerikan şirkətinin üzvüdür.
Yarasalar üzərində eksperiment aparan bu qrupun tərkibində Yuhan laboratoriyasının əməkdaşı və bir neçə amerikalı alim də olub.
Bu sənədin əsilliyini Tramp adminstrasiyasının keçmiş əməkdaşı təsdiq edib.
Drasticə daxil olan alimlər ötən il hələ 2013-cü ildə mağarada işləyən çinlinin yeni bir xəstəliyə yoluxduğu barədə mənbə tapmışdılar. O kişi SARS Covid virusuna bənzər virusa tutulmuşdu.
Drastic hesab edir ki, koronavirus bilərəkdən insanlar arasında yayılıb, lakin bu yoluxdurulma nəzarət olunacaq səviyyədə, şəraitdə olmalı idi. Lakin hansısa səbəbdən eksperiment dünya səviyyəsində pandemiyaya çevrildi.