"Youtube" koronavirus peyvəndləri haqqında yanlış məlumatlar verən videoları yayımlamayacaq.
Medicina.az xəbər verir ki, saytın açıqlamasında yerli səhiyyə orqanları və ÜST tərəfindən qəbul edilən mütəxəssis fikirlərindən başqa yanlış məlumatlara yer verilməyəcəyi bildirildi.
Qeyd edək ki, "Youtube" daha əvvəl də koronavirusla bağlı tədbirlər görəcəyini açıqlamışdı.