Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu maska ilə sellülitlərdən xilas olun - Hər qadının problemidir

  • 2019.03.25 10:27
  • 6957 Baxış
Bu maska ilə sellülitlərdən xilas olun -  Hər qadının problemidir

Yay fəsli yaxınlaşdıqca bir çoxları artıq kilolarından narahat olur. Artıq çəki isə çox vaxt sellülitlə müşahidə edilir. 


Medicina.az-ın sizə təqdim etdiyi resept sayəsində sellülitləri azalda hətta yox edə bilərsiniz.  


Selülit, qadınlarda kişilərə nisbətən daha tez-tez rast gəlinir. Bunun da bir çox səbəbləri var. Havaların istiləşməsi əlaqədar olaraq qadınlar sellülitlərinə də çarə axtarırlar. 


Sellülitdən ev şəraitində təbii vasitələrlə aradan qaldırmaq mümkündür. Yosun maskası sellüliti aradan qaldırmaq üçün ən yaxşı vasitələrdən biridir.

 

Minerallarla zəngin olan təbii bir pilinq vasitəsi olan yosun dərinin qan dövranını bərpa edərək sellüliti azaltmağa kömək edir. 


Tələb olunan vasitələr: 


- 20 qr yosun 


- 125 ml yaşıl gil 


- 60 ml limon duyu 


- 1 xörək qaşığı bal 


- 3 xörək qaşığı isti su 


Hazırlanması:  


Əvvəlcə yosunu toz halına salın və yaşıl gil ilə qarışdırın. Daha sonra limon suyu, bal və isti su əlavə edin. Alınan qarışımı sellülit olan nahiyələrə sürtərək streclə bağlayın. 25 dəqiqə saxladıqdan sonra yuyun.

 

Həftədə bir dəfə təkarlamaq yaxşı nəticə verir.