Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yorğunluğun əsas SƏBƏBLƏRİ

  • 2018.09.08 10:59
  • 11797 Baxış
Yorğunluğun əsas  SƏBƏBLƏRİ
Yorğun olmağın ən böyük səbəbi - kifayət qədər yatmamaqdır. O kəslər ki, gecəni gec yatırlar, səhəri tez qalxmağa məcburdurlar - həmişə yorğunluq hiss edərlər. Gündəlik işlər görmək üçün kifayət qədər enerjiyə malik olmurlar.


Medicina.az deyerler.org-a istinadən yorğunluğu yaradan səbəbləri təqdim edir:


1. Kifayət qədər yatmamaq

 

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу Kifayət qədər yatmamaq


İnsan hər gecə 6-8 saat yatmalıdır və əgər bu müddətdən az yatarsa, yorğunluq hiss edər.

 

2. Yuxu pozğunluğu

 

 ÐŸÐ¾Ñ…ожее изображение


Bəzi insanlar kifayət qədər yatsalar da, daim yorğundurlar. İnsan bəzən yatan zaman nəfəsi dayanar, hər dəfə də yuxu apnoesi baş verər. Bu hal yuxuda baş verdiyi üçün, ondan xəbərdar olmaz. Özünü yorğun hiss edər.

 

3. Enerjiyə malik olmamaq

 

 ÐŸÐ¾Ñ…ожее изображение


Az yemək insanı zəif salır və enerjisi az olur. Həmçinin faydasız qidalar da insanı yorğun salır. Əgər siz günə şirni yeməklə başlayırsınızsa, qan şəkəriniz qalxar. Bu da sizi yorğun edər.


4. Stress

 

Похожее изображение

 

Stressin əlamətlərindən biri də yorğunluq və baş ağrısıdır.

 

5. Qan azlığı

 

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу . Qan azlığı


Qan azlığı olan insanlar özlərini daima yorğun hiss edərlər. Çünki qırmızı qan hüceyrələrinin sayı az olan zaman, oksigen kifayət qədər üzvlərə ötürə bilinmir.


6. Qəhvəni çox içmək

 

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу qəhvəni çox icmək


Qəhvənin tərkibində olan kofein təhrikedicidir. Əgər mötədil istifadə olunarsa, hafizəni gücləndirər, lakin əgər həddini aşarsa insanı yorğun edər.


7. Diabet


 ÐšÐ°Ñ€Ñ‚инки по запросу Diabet


Diabet xəstələrində şəkər, hüceyrələrin tərkibinə qarışmaq yerinə qan cərəyanında qalır. Ona görə də bədən kifayət qədər yemək qəbul etdikdən sonra yorğun düşür.


Əgər yorğunluğunuzu aradan qaldırmaq istəyirsinizsə, hər gün idman edin. Tədqiqatlar göstərir ki, yorğun, ancaq sağlam insanlar idmandan istifadə edərək enerjilərini bərpa edə bilirlər. Velosiped sürmək və ya piyada yol getmək kimi idmanlarla heç olmasa 20 dəqiqə məşğul olmaq insanın enerjisini artırar. Siz bu işi həftədə ən azı üç dəfə edə bilərsiniz. Bununla yanaşı, münerallarla zəngin vitaminlər qəbul edin.