Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yorulmuş böyrəküstü vəzilər sindromu – Bir diaqnozun izi ilə...

  • 2021.04.12 19:09
  • 2978 Baxış
Yorulmuş böyrəküstü vəzilər sindromu  – Bir diaqnozun izi ilə...


Yorulmuş, tükənmiş böyrəküstü vəz sindromu tibbə daxil olan yeni termin, yeni diaqnozdur. XXI əsrin xəstəliyi olub, müasir insanda rast gəlinən onlarla əlamətin səbəbidir.


Xroniki stres, təşviş, qorxu, xroniki xəstəlik, zərərli iş, qidalanmanın nəticəsində böyrəküstü vəzilərin işi pozulur.


Böyrəküstü vəzlər də qalxanvari vəz kimi çox kiçik bir orqan olub, böyrəklərin üzərində sıx yerləşir. Kiçik olmasına baxmayaraq insanın ölüm və qalım hormonu olan adrenalin kimi güclü hormonu hasil edir. Eləcə də stress hormonu, qorxu duyğusunu aktivləşdirən kortizolun mənbəyidir.

Medicina.az indi 80% gənc və orta yaş insanda rast gəlinən böyrəküstü vəzə aid əlamətləri təqdim edir:

- Daimi yorğunluq
- Əzginlik
- Səhərlər yuxudan narahat oyanma
- Diqqət yayılması, dağınıqlıq

- Kökəlmə, bel nahiyənin piylənməsi
- Duzlu və şirniyyata meyillik
- Dünyaya marağın itməsi

- Əzələ zəifliyi, gücsüzlük
- Saçların tökülməsi
- Psixoloji problemlər, depressiya
- Heç bir yeniliyə başlamamaq, həvəssizlik

Böyrəküstü vəzilər artıq və ya əskik hormon ifraz edəndə, digər orqanlar da əziyyət çəkir. Ürək yüklənir, mədəaltı vəz sıradan çıxır, diabet yaranır, beyinin işi çətinləşir.

Diaqnoz üçün böyrəküstü vəzilər USM və ya MRT olunur, hormonal analizlər verilir. Bu müayinə, müalicə ilə endokrinoloq məşğul olur.

Nə etməli:

- Şəkər, çay, kofe, zərərli yağları menyudan çıxarmalı
- 8 saat yatmalı, səhər oyanandan sonra gəzinti, yüngül idman etməli
- Lazım olan əlavə dərman, sakitləşdirici və BAD-ları həkim təyin edir.