Xroniki xəstəliklər adətən, sadə və gözə çarpmayan ağrılarla büruzə verdiyindən, çox vaxt xəstəlikdən xəbərsiz oluruq.
Gündəlik həyatda tez-tez baş ağrısı və ya yorğunluq az bilinən, lakin xroniki vəziyyətin əlaməti ola bilər.
Mialgik ensefalomielit (ME) bir çox bədən sisteminə təsir edən xroniki nevroloji xəstəlikdir. Əsasən sinir və immun sistemlərə təsir edərək, əzələ ağrısından yaddaş problemlərinə qədər müxtəlif dəyişkən simptomlara səbəb ola bilər.
“Medicina” xəbər verir ki, həkim – nevroloq Aleksandra Alexinanın sözlərinə görə, xroniki xəstəlikdən əziyyət çəkən insanlar bədənin və beynin hətta az miqdarda enerji sərf etdikdən sonra bərpa oluna bilməməsi ilə əlaqəli ağrı, yorğunluq və bir sıra digər simptomlarla qarşılaşırlar.
Bəzi insanlar xəstəlikdən əvvəl hiss etdikləri vəziyyətə tam qayıtmadıqlarını, lakin xoşbəxt və dolğun bir həyat sürmək üçün kifayət qədər sağaldıqlarını görürlər.
Simptomları:
• Hər zaman çox yorğunluq hiss etmək - gündəlik işlərinizi yerinə yetirmək sizin üçün çox çətin ola bilər.
• İstirahətdən və ya yatdıqdan sonra hələ də yorğunluq hissi qalır
• Məşqdən sonra bərpa uzun müddət tələb edir
• Gecə tez-tez oyanmaq kimi yuxu problemləri
• Düşüncə, yaddaş və konsentrasiya ilə bağlı problemlər
Bəzilərində bu simptomlar da ola bilər:
• Əzələlərdə və ya oynaqlarda ağrı
• Baş ağrısı
• Boğaz ağrısı
• Qripə bənzər simptomlar
• Başgicəllənmə və ya ürəkbulanma hissi
• Sürətli və ya nizamsız ürək döyüntüsü.
Günay Quluzadə