Uzun müddət həzm tələb edən qidalar gücü, enerjini azaldıb, yuxululuq verə bilər.
"Medicina" xəbər verir ki, dietoloq həkim Yelena Solomatina enerjini çəkib aparan qidaları açıqlayıb.
"Əslində bu qidalar faydalıdır, amma onun həzminə çox enerji gedir. Məsələn, ət yeməyi. Həzm sistemi üçün ən mürəkkəb qidadır.
İnsan çox miqdar ət yedikdə onun həzmi saatlar çəkir, orqanizmdən çox enerji aparır.
Ağır yeməklərdən sonra insanın gəzməyə belə halı olmur, ancaq uzanmaq istəyir.
Rafinə olunmuş karbohidratlar - şirniyyat, düyü, ağ un da yorğunluq yaradır.
Belə qidalar tez həzm olur, qana kəskin şəkər sıçrayır. Pik həddə çatdıqdan sonra tez də düşür və bu da yorğunluq yaradır.
Səhər acqarına şirniyyat və un məmulatı yemək xüsusilə zərərlidir.
İşə gedən, təhsil alan, imtahana hazırlaşan insanlara ümumiyyətlə səhər şirniyyat olmaz".
Aygün Musayeva