Sink koronavirus gələndən dəbə minib. Hamı xəstələnəndə sink alıb içir. Halbuki o koronanın yox, ümumilikdə bədənin sağlamlığı üçün vacibdir.
Orqanizmdə sink çatışmayanda insan halsız olur, bədən tükənir. Sink daha çox ət məhsullarındadır. Əti az yeyən insanda mütləq defisit var.
- Yuxunun pozulması
- Əhvalın daim pis olması
- Hər şeyə əsəbləşmək, qıcıq
- Bədəndə toksinlərin toplanması
- Temperaturun 37-ə çatması
- Yorğunluq, halsızlıq
- Fiziki iş görə bilməmək
- Daim susuzluq və aclıq hissi
- Depressiya
- Üzün rənginin bozumtul olması
- Dırnaqlaırn, saçların qırılması
Əgər siz ət, dəniz məhsulu, qoz, fındıq yemirsizsə, o zaman sinki əlavə dərman preparatları ilə qəbul etməlisiz.