Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Yoluxma azalsa da, yumşalmadan danışmaq tezdir" - Həkim

  • 2021.04.28 09:53
  • 1611 Baxış
"Yoluxma azalsa da, yumşalmadan danışmaq tezdir" -  Həkim
Ölkədə koronavirusa yolxumada rəqəmlər azalsa da, yumşalma barədə danışmaq hələ tezdir.

Medicina.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Vəfa Ağayeva deyib. Onun sözlərinə görə, rəqəmlər hələ də kifayət qədər az deyil:

"Həm də bu barədə ehtiyac yanarsa, rəsmi qurumlar bu haqda məlumat verəcək".

V.Ağayeva ölkədə virusun yoluxma sürətinin və ölənlərin sayının çox olması barədə də danşıb:

"Bəlli olduğu kimi, artıq Azərbaycanda da koronavirusun Britaniya ştammı aşkarlanıb və demək ki, yayılması da var. Bu səbəbdən də yoluxma sayı çox ola bilər. Ölənlərin sayının isə çox olması o səbəbdəndir ki, vətəndaşlar xəstəxanalara vəziyyətləri ağır olduqdan sonra müraciət edirlər".