Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

YOLUXUCU XƏSTƏLİK yayıldı - FÖVQƏLADƏ VƏZİYYƏT

  • 2018.01.11 10:18
  • 12355 Baxış
YOLUXUCU XƏSTƏLİK yayıldı -  FÖVQƏLADƏ VƏZİYYƏT
Ukraynanın paytaxtı Kiyevdə qızılca xəstəliyinin yayılması ilə bağlı şəhərdə kütləvi tədbirlərin keçirilməsi bir ay müddətində məhdudlaşdırılıb.


Medicina.az publika.az-a istinadən xəbər verir ki, bunu yanvarın 10-da keçirilən mətbuat konfransında Kiyev şəhər Administrasiyası rəhbərinin birinci müavini Nikolay Povoroznik bildirib. Onun sözlərinə görə, Administrasiyanın qərarı müvafiq təşkilatlara göndərilib. 30 gün ərzində vəziyyət normallaşmasa, paytaxtda kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması müddəti artırılacaq.


N.Povoroznik, həmçinin qeyd edib ki, qızılcaya qarşı peyvənd olunmayan uşaqlar bağça və məktəblərə buraxılmayacaq.


Qeyd edək ki, bu ilin yanvarın 1-dən başlayaraq Kiyevdə 61 nəfərin qızılcaya tutulduğu aşkarlanıb. Onlardan 49-u uşaqdır.