Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Yoluxub sağalan uşaqlarda problemlər yaranır" - Baş pediatr - VİDEO

  • 2021.08.12 12:15
  • 1470 Baxış
"Yoluxub sağalan uşaqlarda problemlər yaranır" -  Baş pediatr - VİDEO
Risk qrupuna daxil olan bəzi uşaqlar koronavirusu ağır keçirir. Məsələn, bir yaşdan aşağı, hər hansı xroniki, yəni ürək, böyrək xəstəlikləri olan, serebral iflicdən, xərçəngdən əziyyət çəkən, əvvəldən və ya sonradan yaranan immunitet çatışmazlığı olan uşaqlar digərlərinə nisbətən xəstəliyi ağır keçirə bilər.

Medicina.az xəbər verir ki, bunu ARB-24-ün “Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib. O bildirib ki, koronavirusa yoluxub sağalan uşaqların səhhətində bəzi problemlər yaranmağa başlayır:


“Əvvəl düşünürdük ki, koronavirus yalnız qış aylarında yayılır. Lakin sonradan gördük ki, bu, hər cür havada yayılan xəstəlikdir. Pandemiyanın ilk günlərində uşaqlar çox az xəstələnirdi və xəstəliyi çox yüngül keçirirdi. Ona görə də biz həkimlər deyirdik ki, çox da narahat olmağa dəyməz. Lakin 2020-ci il aprelin sonunda İngiltərədə koronavirusdan sonra kavasaki sindromuna bənzəyən iltihabi proses müşahidə edildi. Onun adı isə “MİS C” sindromudur. O, sağlam uşağın koronavirusa yoluxub, sağalmasından sonra əmələ gəlir. Başlanğıcda onun müalicəsində çətinliklər çəkdik”.