Bu gün koronaviruslu xəstələrin sayında kəskin artmasının səbəbi vətəndaşların sosial məsuliyyətsizlidir.
“Biz 24 saat rejimdə çalışırıq, xaricdən gələnlər karantindədir, onlar inkubasiya dövrünü qapalı keçirir. Biz çalışırıq ki, ölkəmizi qoruyaq. Amma bu gün insanlar sosial məsuliyyətsizlik edir, küçədə, nəqliyyatda, marketdə sosial təhlükəsizlik məsafəsini qorumur.
Aprelin ortalarına doğru sayın artması onu göstərir ki, 7-14 gün əvvəl vətəndaşlarımız təhlükəsizlik və müdafiə tələblərinə, sosial təcridə ciddi yanaşmayıb. Ölkədə yoluxmanın artmasının səbəbkarı məsuliyyətsiz vətəndaşlardır”.
Medicina.az xəbər verir ki, bunu Operativ qərargahın bugünkü təcili Brifinqində bildiriblər.