Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxma və ölüm sayı ARTIB - ÜST-dən bədbin PROQNOZ

  • 2021.07.28 10:39
  • 1022 Baxış
Yoluxma və ölüm sayı ARTIB -  ÜST-dən bədbin PROQNOZ
Ötən həftə ərzində koronavirusa 3,8 milyondan artıq yoluxma halı, 69 mindən artıq isə ölüm halı qeydə alınıb.

Medicina.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Məlumata görə, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 8 faiz, ölüm hallarının sayı isə 21 faiz artıb:

"Ötən həftə (19-25 iyul) koronavirusa yoluxma hallarının sayı 3,8 milyonu ötüb, bu isə daha öncəki həftə ilə müqayisədə 8 faiz daha çoxdur".

Bildirilir ki, gündəlik orta hesabla 540 min yoluxma halı barədə məlumat daxil olub, daha öncəki həftədə isə bu rəqəm 490 minə bərabər idi.

Eyni zamanda koronavirusdan ölüm hallarının sayında kəskin artım müşahidə olunub:

"Son həftə 69 mindən artıq ölüm halı qeydə alınıb, bu isə daha öncəki həftədən (56 mindən artıq ölüm halı) 21 faiz daha çoxdur".

İyulun 19-dan 25-dək koronavirusa 3 807 939 nəfər yoluxub, 69 min 132 nəfər isə koronavirusdan ölüb. İyunun 25-i üçün dünyada koronavirusa yoluxma hallarının sayı 193 657 729, koronavirusdan ölüm hallarının sayı isə 4 154 660 nəfər təşkil edirdi.