Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxma sayı yenə artdı - Bu günün statistikası

  • 2021.07.09 16:36
  • 1868 Baxış
Yoluxma sayı yenə artdı -  Bu günün statistikası
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 668 nəfər müalicə olunaraq sağalıb, 4982 nəfər vəfat edib, aktiv xəstə sayı 1312 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 947, ötən müddət ərzində isə ümumilikdə 3 831 673 test aparılıb.