Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxma artarsa, siniflər bağlana bilər - Nazir açıqladı

  • 2022.07.27 15:37
  • 1960 Baxış
Yoluxma artarsa, siniflər bağlana bilər  - Nazir açıqladı
Təhsil naziri Emin Əmrullayev Azərbaycanda koronavirusa yoluxma sayının artmasının yeni tədris ilinə təsirinə aydınlıq gətirib.


Medicina.az xəbər verir ki, o, 2021-2022-ci tədris ilində dərslərin dayandırılmadığını xatırladıb.

“Əgər koronavirusa yoluxma artarsa oxşar model yeni tədris ilində də tətbiq edilə bilər. Təbii ki, bu məsələdə Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın və aidiyyəti dövlət qurumlarının qərarlarına uyğun addım atır.


Bugünkü artım sayları əvvəlki dövrlərlə nisbətdə aşağıdır. Hesab edirəm ki, payız mövsümündə yoluxma sayının artmasının məktəblərin bağlanmasına səbəb olması ehtimalı azdır. Ola bilsin, bəzi siniflər distant tədrisə keçə bilər.


Bu da həmin vaxtın göstəricilərindən asılıdır”, - nazir vurğulayıb.