Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ailə və qohumlar arasında yoluxma daha çoxdur - Nazirlik

  • 2021.05.27 12:14
  • 1511 Baxış
Ailə və qohumlar arasında yoluxma daha çoxdur -  Nazirlik
"Sonuna yaxınlaşdığımız may ayı ərzində COVID-19 infeksiyasına yoluxma hallarının səviyyəsinin ölkə əhalisi arasında sabitləşmə və dinamik azalma tendensiyası müşahidə olunub və yoluxmalar ailə və qohumluq əlaqəsi olan insanlar arasında daha çox qeydə alınıb".

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Vaqif Abdullayev deyib.

O qeyd edib ki, ölkədə tətbiq olunan karantin rejimi öz səmərəsini verib və hazırkı vəziyyətdə ölkənin COVID-19 infeksiyasına görə epidemioloji durumunu sabit qiymətləndirmək olar.