Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxduqdan sonrakı 6 günün SİRRİ- Virusa hücum necə başlamalıdır?

  • 2020.12.24 16:23
  • 60740 Baxış
Yoluxduqdan sonrakı 6 günün SİRRİ - Virusa hücum necə başlamalıdır?

Viruslar mikrob və bakteriyalardan 1000 dəfə ölçüdə kiçikdir, 10000 dəfə isə istənilən toxuma hüceyrəsindən kiçikdir. Lakin buna baxmayaraq o özündən qat-qat böyük olan hüceyrə qatını keçə bilir.

Onun evi və qidası hüceyrənin daxilində olan maye – sitoplazma olur. Orada virus sürətlə çoxalır, bir hüceyrənin içində bir sutkaya 800-1200 yeni virus yaranır.

İnsanın və tibbin faciəsi də bundadır ki, hüceyrə öz daxilinə heç bir sintetik dərman molekulunu buraxmır. Bəlkə də bu Tanrı tərəfindən belə qurulub ki, hər içdiyimiz dərman, zəhər və s. hüceyrənin içinə daxil olarsa, o zaman insanın orqanizmi çökər, bəlkə də bilmədiyimiz faciələr yaşanar.

Sözsüz ki, Tanrı hüceyrəni də müdafiəsiz qoymayıb. Hər hüceyrənin içincə öz qamma immunoqlobulini var ki, virusları öldürür. Lakin bu immunqlobulinlər mütləq insanın öz orqanizmində, qanında sintez olunmalıdır. Başqa orqanizmlərdən alınan immunoqlobulin işə yaramır, yəni hüceyrənin daxilinə keçə bilmir.

Virusa yoluxandan sonrakı 6 günün sirri

Koronavirusla yoluxandan sonra xəstə orqanizmə 6 gün lazımdır ki, vacib olan immunoqlobulin konsentrasiyasını hasil edə bilsin. Ona görə xəstə bu 6 günü maksimum dinc olmalı, müvafiq yardım almalıdır ki, orqanizminə dəstək olsun. İmmunoqlobulinlər sümük iliyində,dalaqda, qaraciyərdə yaranır.


80-90 faiz insanın immuniteti 5-7 gün ərzində səfərbər olub, immunoqlobulin "atəşinə" başlayır və başlamalıdır. Əgər cavab reaksiyası geciksə, immunoqlobulinlərin sintezi 12-17 gün çəksə (bəzən gec də olsa olur), immunitet zəifləsə, o zaman virusun hasil etdiyi toksinlər xəstəni ağır mərhələyə salıb, öldürə bilər.



Virusa yoluxmada ilk 5 günün müalicəsi necə olmalıdır?


Həkimin birinci vəzifəsi xəstəliyin ağır mərhələyə keçməsinə imkan verməməkdir.
6-7ci gün artıq orqanizm antitel hasilinə başlayacaq. O zaman xəstə təhlükədən yayınmış hesab olunur.

Bəs nə etməli? Virusların buraxdığı toksinlərin qanda miqdarını azaltmaq üçün qan dövranında qatılaşma varsa aradan qaldırmalı və onu maye ilə artırmalıdır. Yəni 70 kq çəkidə olan xəstənin qan dövranında 3 litr qan dövr edirsə, arteriyalara daha 2-3 litr əlavə maye buraxmaq lazımdır. Bunun üçün ya xəstəni çox maye içməyə vadar etməli, ya da venadaxili fasilələrlə 2 litr fizioloji məhlul (yəni sistem) yeritmək lazımdır. Burda xəstənin böyrəkləri də nəzərə alınmalıdır.

İkincisi – qan dövranında elə kimyəvi maddələr var ki, onların molekulu toksinə yapışıb onun zəhərini azaldır. Bu da xəstəyə faydalıdır. Bu maddələr çoxdur,həkimlər bunu bilir. Siz bildiyinizi deyək – askorbin,yəni C vitamini. Çox güman ki, indi xəstələrin çoxu C vitamin defisiti yaşayır. Virusla mübarizə üçün sistemə mütləq Cvitamini yüksək dozada əlavə edilməlidir.
Yenə də böyrək problemi olanlarda ehtiyatla...

Eləcə də koronavirusun müalicəsində az da olsa effektivliyi sübut olunan antiviral dərman ilk günlərdə təlimata uyğun hücum dozasında verilməliidir.

Həkimlər çox gözəl anlayır ki, orqanizm daxildən immunoqlobulini sintez etməyənə kimi, kənardan olunan müdaxilələr sağalma verməyəcək.

Xəstələr isə virusdan üşbhələnən kimi və ya konkret xəstə ilə təmasdan sonra vaxt yubatmadan yoxlanmalı, yaxma testi verməli, istənilən qripə bənzər əlamət hiss edən kimi ilk 6 günü ötürmədən mülaicəyə başlamalıdır. Özü keçər, yatım düzələcək, zəncəfil limon içim keçəcək deyə düşünməyin. Koronavirus zəncəfil və limonla aldadılacaq viruslardan deyil.

Aygün Musayeva
Medicina.az