Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxanların sayı yenidən artdı: 3 322 nəfər...

  • 2021.08.17 16:33
  • 1699 Baxış
Yoluxanların sayı yenidən artdı:  3 322 nəfər...
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 847nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 373 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 340 174 nəfər müalicə olunaraq sağalıb, 5 188 nəfər vəfat edib. 27 813 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 007, bu günə qədər isə ümumilikdə 4 235 142 test icra olunub.