Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxanların sayı yenə artdı: 20 ölü

  • 2021.05.05 16:33
  • 2187 Baxış
Yoluxanların sayı yenə artdı:  20 ölü
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1080 yeni yoluxma faktı qeydə alınıb, 2074 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 323 841 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 298 949 nəfər müalicə olunaraq sağalıb, 4 617 nəfər vəfat edib, aktiv xəstə sayı 20275 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 701, ötən müddət ərzində isə ümumilikdə 3 289 864 test aparılıb.