Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxanların sayı yenə artdı

  • 2023.04.26 17:11
  • 1964 Baxış
Yoluxanların sayı yenə artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 71 yeni yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 199 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 762 nəfər müalicə olunaraq sağalıb, 10 233 nəfər vəfat edib, aktiv xəstə sayı 204 nəfərdir.

Ölkədə son sutka ərzində 1 585, hazırkı dövrədək isə 7 585 820 test aparılıb.