Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 557 yeni yoluxma faktı qeydə alınıb, 3 592 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan
Medicina.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 450 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 393 569 nəfər müalicə olunaraq sağalıb, 5 959 nəfər vəfat edib, aktiv xəstə sayı 50 754 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 220, bu günə qədər isə ümumilikdə 4 593 820 test aparılıb.