Azərbaycanda son sutkada koronavirus infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb, 2 383 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Medicina.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 26 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 222 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 201 596 nəfər müalicə olunaraq sağalıb, 2 818 nəfər vəfat edib. Hazırda 17 786 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 364, bu günə qədər isə ümumilikdə 2 231 993 test icra olunub.