Dünyada koronavirusa yoluxanların sayı 50 052 204 nəfərə çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.
Məlumata əsasən, ümumilikdə koronavirusun yaratdığı xəstəlikdən 1 252 471 nəfəri ölüb, 32 868 236 nəfəri isə sağalıb.
Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (9 879 323), Hindistanda (8 507 754) və Braziliyada (5 653 561) qeydə alınıb.