Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxanların sayı 350-ni keçdi - Günün statistikası

  • 2021.03.02 14:22
  • 1620 Baxış
Yoluxanların sayı 350-ni keçdi -  Günün statistikası

Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Medicina.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 235 014 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3 225 nəfər vəfat edib. Hazırda 2 807 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 996, bu günə qədər isə ümumilikdə 2 610 880 test icra olunub.