Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 892 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan
Medicina.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 327 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 307 011 nəfər müalicə olunaraq sağalıb, 4 698 nəfər vəfat edib, aktiv xəstə sayı 15 378 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 946, ötən müddət ərzində isə ümumilikdə 3 337 931 test aparılıb.