Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxanların bu günə olan statistikası: 14 ölü

  • 2021.08.12 15:13
  • 1867 Baxış
Yoluxanların bu günə olan statistikası:  14 ölü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 359 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 021 nəfər müalicə olunaraq sağalıb, 5 109 nəfər vəfat edib, aktiv xəstə sayı 17602 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 575, ötən müddət ərzində isə ümumilikdə 4 164 163 test aparılıb.