Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxanların bu günə olan STATİSTİKASI

  • 2021.06.28 16:32
  • 1784 Baxış
Yoluxanların bu günə olan  STATİSTİKASI
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 335 874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 123 nəfər müalicə olunaraq sağalıb, 4970 nəfər vəfat edib, aktiv xəstə sayı 781 nəfərdir.

Ölkədə son sutka ərzində 4482, hazırkı dövrədək isə 3 733 194 test aparılıb.