Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxanların 90%-də Stels Omikrondur - Ekspert

  • 2022.04.14 14:40
  • 2117 Baxış
Yoluxanların 90%-də Stels Omikrondur   -  Ekspert

Rusiyada kovidə yoluxanların 90%-i Stels omikronun payına düşür.

Bakupost.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor" məlumat verib.

Hazırda ölkədə Stels Omikron dominantdır. BA.1 nadir halda rast gəlinir, BA 4 və 5 ölkə daxilində aşkar olunmayıb.

Epidemiologiya Mərkəzinin elmi qrupunun rəhbəri Kamil Hafizov bildirib ki, yoluxanların 90%-dən çoxu BA.2 omikron variantının subvariantına tutulur.

BA.1-ə isə nadir halda rast gəlinir. Ölkədə hələ ki, yeni mutasiya aşkarlanmayıb.

Xəstəxanalarda ağır xəstə az olsa da, xeyli pasiyent var".

Xatırladaq ki, bir müddət öncə səhiyyə naziri Muraşko yeni dalğa barədə proqnoz vermişdi. ÜST isə XE adlı ikiqat yoluxucu ştamm barədə xəbərdarlıq edib.


Aygün Musayeva
BakuPost