Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Yoluxanları bahalı dərmanlarla müalicə edirlər, bir qəpik də pul almırlar" - Niyaməddin Musayev

  • 2021.04.29 13:04
  • 1301 Baxış
"Yoluxanları bahalı dərmanlarla müalicə edirlər, bir qəpik də pul almırlar" -  Niyaməddin Musayev
Bir müddət əvvəl koronavirusa yoluxan xalq artisti Niyaməddin Musayev xəstəlikdən sağalıb.

Medicina.az xəbər verir ki, Niyaməddin Musayev AZXEBER.COM-a müsahibəsində hazırki durumundan danışıb.

- Niyaməddin müəllim, səhhətiniz necədir?

- Şükür Allaha, hazırda yaxşıyam. Hər şey keçdi, geridə qaldı. Yaxma götürdülər, tər-təmiz çıxdı.

- Xəstəxanada nə qədər qaldınız?

- 20 gün xəstəxanada qaldım. İki gündür çıxmışam. Mən həkimlərə minnətdaram, başda mənim həkimim Süleyman həkim olmaqla. Onlar sağalmağım üçün əllərindən gələni etdilər. Dövlətimiz çox böyük işlər görüb, hamı bahalı dərmanlarla müalicə edilir, amma bir qəpik pul almırlar. Xalqımıza, dövlətimizə təşəkkür edirəm.

- Virusa harada yoluxmuşdunuz?

- Mən soyuqlamışdım. Daha sonra ciyərlərimə keçdi və nəfəs almaqda çətinlik çəkdim. Vəziyyət ağırlaşdığı üçün xəstəxanaya getdim. Yaxşı ki, getdim. Yoxsa evdə müalicə oluna bilməzdim.

- Hazırda özünüzü necə hiss edirsiniz?

- İndi tam yaxşıyam, nəfəs almam tam düzəlib. Bəzi dərmanlar hələ də davam edir. Vaxtında gəlib lazımi iynə vururlar. Şükür ki, bu virusa qalib gələ bildim.