Eşitmə qabiliyyətini itirmək koronavirusda rastlanılan problemlərdən biridir.
Medicina.az xəbər verir ki, bu temperatur, halsızlıq, nəfəs darlığı, dad və iybilməni itirmək kimi əlamətlərlə özünü göstərir. İnfeksiyadan sağaldıqdan sonra həftələrlə, hətta aylarla davam edə bilər.
Mütəxəssislər bildirirlər ki, COVID-19 müddətində eşitməni itirməmək üçün qorunmaq vacibdir.
Düzgün şəkildə maska taxmaq, sosial məsafəyə, karantin qaydalarına uymaq, yuxu və düzgün qidalanma da çox önəmlidir. Koronavirusa yoluxanlarda eşitmə testləri edilir. Lazım olarsa dərmanların dozu artırıla və ya azaldıla bilər. Xəstəlikdən sağaldıqdan sonra eşitmədə zəiflik və ya qulaq batması davam edərsə, mütləq həkimə getmək lazımdır.