COVİD virusuna yoluxan şəxslərə təqribən 6 aydan sonra vaksin vurulur.
Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib. İnfeksionist vaksinin immunitet yaratmaq üçün vurulduğunu diqqətə çatdırıb:
"İnsan xəstələnəndə onda təbii yolla artıq immuninet yaranır. Bu səbəbdən xəstəliyi keçirən şəxsə 6 aydan sonra vaksin vurulur”.
Vüqar Cavadzadə hazırda Azərbaycanda vaksinasiya prosesinin uğurla davam etdirildiyini qeyd edib:
"Proses ilk öncə 65 yaşdan yuxarı şəxslər arasında həyata keçirilib. Sonra 60, daha sonra isə 50 yaş, hazırda isə 40 yaşdan yuxarı olan şəxslər arasında vaksinasiya uğurla həyata keçirilir”.