"COVİD xəstələri adətən müalicəsizlikdən ağırlaşmırlar, ağırlaşma qorxusundan lazımsız dərmanları istifadə etməkdən ağırlaşırlar. Ən azından mənim müşahidəm belə deməyə əsas verir".
Medicina.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Acıbadəm və İstanbul Təhsil Araşdırma Xəstəxanasında çalışmış həkim Ramin Cavadov deyib.
O bildirib ki, COVİD-ə yoluxanların böyük əksəriyyəti xəstəliyi heç bir dərman istifadə etmədən sağalacaq qədər rahat keçirirlər:
"Toplam COVİD-ə yoluxanların 30-50%-i xəstəliyi asimptomatik keçirir. Simptomatik olanların 60-70%-i heç bir dərman istifadə etmədən sağalacaq qədər rahat keçirirlər. Müalicə edilənlər simptoma görə müalicə edilir, hər xəstə antibiotik və deksametazon istifadə etməyə məcbur deyil.
Təngnəfəslik olmayan, saturasiya düşməyən, dirəncli qızdırması, şiddətli halsızlığı olmayan xəstələrə deksametazon verilməsinin faydası yoxdur, əksinə çox zərəri olur.
Hər qızdırmaya antibiotik verilməməlidir, verildiyi zaman 1-2 gündən bir dəyişdirlməməlidir. Həkim təyinatı olmadan bir neçə antibiotik birlikdə istifadə edilməməlidir.
Başqasına yazılan resepti özünüz üçün istifadə etməyin, çünkü COVİD-də standart müalicə yoxdur və ən önəmlisi başqası üçün göstəriş olan dərman sizin üçün əks göstəriş ola bilər.
Əlamət, yəni şikayət, narahatlıq yoxsa xəstəlik də yoxdur. Testin pozitiv olması sadəcə başqalarını yoluxdurmanız baxımından önəmlidir, başqa önəmi yoxdur, həmçinin buzlu şüşənin".