Virusoloqlar canlı olaraq virusa yoluxub xəstəliyi keçirənlərlə koronavirus peyvəndi olunan insanların virusa qarşı immunitetini müqayisə ediblər.
Hər ikisində antitel yaranır, bəs hansı daha effektivdir?
Medicina.az xəbər verir ki, rusiyalı virusoloq Aleksandr Semenov vaksindən yaranan immunitetin xəstəlikdən sonra yaranandan daha effektiv olması qənaətinə gəlib.
Vaksin bir neçə ştamma qarşı təsir edir və koronavirusun növlərini əhatə edir. Xəstəlik isə həmin dövrdə aktiv olan ştammın antitelini formalaşdırır.
Məsələn, ötən ilin iyun ayında xəstələnən insan bu il virusun başqa ştammına yoluxa bilər və hətta ağır keçirər.
Vaksinlər isə virusu ümumilikdə öyrənib.
Ona görə indiki halda peyvənd immuniteti müdafiə baxımından daha yaxşıdır.
Həkim qeyd edib ki, vaksin olunanlar da, yoluxub sağalanlar da antitelləri olsa da maska taxmalı və insanlardan aralı durmalıdır.