Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoldan keçənləri tərifləməklə pul qazanır

  • 2025.01.22 18:56
  • 179 Baxış
Yoldan keçənləri tərifləməklə pul qazanır

43 yaşlı Tottiqi işini və pullarını oyunda itirdikdən sonra küçədə qalan kişi pul qazanmağın maraqlı yolunu tapıb.


“Medicina” xəbər verir ki, yapon Tottiqi azartlı oyunlar və qumarda uduzandan sonra ailəsi tərəfindən də tərk edilib.

Sıfırdan başlamaq qərarına gələn kişi uşaqlıqda küçə artisti olmaq arzusunu xatırlayır.

Amma heç bir oxumaq, musiqi, rəssamlıq və artistlik qabiliyyəti olmadığından kişi küçədə dayanıb gəlib-gedənləri tərifləməklə pul qazanmağa başlayıb.


O vaxtdan "Tərifləyən dayı" ləqəbini qazanan Tottiqiyə bu peşəsi günə 50 dollar qazanır.

O, qarşısında dayananı əvvəl xarici görünüşünə baxıb tərifləyir, sonra adını öyrənib daha özəl təriflər deyir. Hətta onun daimi müştəriləri də var.

Tottiqi deyir ki, insanların özgüvənini qaldırmaq üçün xoş sözə, tərifə ehtiyacı var. Bunu doğmalarından belə eşidə bilmirlər. Ona görə ideyam işə yarayır, mən də xoşbəxtəm, onlar da.


Aygün Musayeva