Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yol kənarında xəsarət alan hamilə qadın öldü

  • 2023.08.06 11:00
  • 1364 Baxış
Yol kənarında xəsarət alan  hamilə qadın öldü

Xətai rayonu Xudu Məmmədov küçəsində, Respublika Neyrocərrahiyyə Xəstəxanasının iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı yolun kənarında dayanmış Güllü Mehdiyeva aldığı xəsarətlər nəticəsində bütün tibbi müdaxilələrə baxmayaraq xəstəxanada vəfat edib.

Xatırladaq ki, həmin qadın 7 aylıq hamilə olub, hadisə nəticəsində o, övladını itirib sonra isə özü ölüb.