Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yol kənarında ev almaq təhlükəlidir – SƏBƏBLƏR

  • 2023.05.16 15:20
  • 1674 Baxış
Yol kənarında ev almaq təhlükəlidir   –  SƏBƏBLƏR
Hazırda insanlar yola, dayanacağa, metroya yaxın evlər, binalar alır, tikdirir.

Ancaq belə bir yaşayış yerinin sağlamlığa son dərəcə mənfi təsiri var.


“Medicina” xəbər verir ki, 2019-cu ildə London Kral Kollecinin alimləri bir araşdırmada gözlənilməz nəticələrə gəlib: sıx magistral yolların yaxınlığında yaşayan uşaqların ağciyər inkişafında ləngimə müşahidə edildi. Böyük magistral yollardan 50 metr məsafədə yaşayan böyüklərdə də ağciyər xərçənginə tutulma riski 10% artıb.

Bu, ilk növbədə, avtomobillərin işlənmiş qazında çoxlu miqdarda karbon qazının olması ilə əlaqədar baş verir. Bu qazlar qanda oksigen aclığına səbəb olur və nəticədə tənəffüs sisteminin işi pozulur.

Bir çox yanacaq əlavələrinin tərkibində qurğuşun var ki, böyüklərin, həm də uşaqların tənəffüs və sinir sistemləri üçün çox zəhərlidir. Aromatik karbohidrogenlər də ən güclü onkogenlər və mutagenlər hesab olunur.

Yol tozunu əmələ gətirən bərk hissəciklər tənəffüs sisteminin ən ən dərin qatlarına çatıb, orda möhkəm, hava keçirməyən kütlə əmələ gətirir.

Bu kimi xəstəliklərin inkişafını təhdid edir:

• xroniki bronxit;
• obstruktiv ağciyər xəstəliyi;
• bronxial astma.

Təhlükə həm də avtomobillərdən və digər maşınlardan gələn səs-küydədor. Bu, immunitet sisteminin hüceyrələrinin mərkəzi timusun - pozulmasına səbəb olur. Buna görə daha tez-tez xəstələnirik.

Bundan əlavə, səs-küy yüksək qan təzyiq və yuxusuzluğu təhrik edir. Həmçinin digər uzunmüddətli ürək-damar fəlakətlərinə səbəb ola bilər: vuruş, aorta anevrizmaları, aterosklerozun inkişafı və ürək çatışmazlığı.
Belə evlərdə yaşamaq körpələr, hamilələr, yaşlı, xəstə insanlar üçün risklidir.

Çalışın, yoldan, magistraldan xeyli aralı məhəllələr seçəsiz.

Günay Quliyeva