55 il öncə həkim Yohanna Budviqnkəşf etdiyi bu sadə dieta resepti ilə yüzlərlə xəstəni müalicə etməkdən də çəkinməyib. Bu həkim uzun illər xərçəng xəstələrinin səhhətini və qidalanmasını tədqiq edib. Və tədqiqatların nəticəsi olaraq iki məhsulun şiş hüceyrələrinə qarşı ən effektiv məhsul olması qənaətinə gəlib.
Medicina.az xəbər verir ki, bu metod indiyə kimi dünyanın bir çox ölkələrində onkoloji xəstələrdə tətbiq olunur. Hətta 4-cü, ağır formada şişlərdə belə simptomları yüngülləşdirir.
Yohanna apardığı təcrübələrdə müşahidə edir ki, şiş hüceyrələrində kifayət qədər oksigen olmadığına görə onlar nəfəs ala bilmir və ölürdülər. Budviq bunu orqanizmdə doymuş yağ turşularının çoxluğu, doymamış yağ turşularının azlığı ilə əlaqələndirib. Biokimyaçı alim Omeqa 3 yağ turşusunun çatışmazlığının degenerativ xəstəliklərdə rol oynamasını da sübut edib.
O bəyan edib ki, məhz oksigen hüceyrənin sağlam qalmasında əsas açardır. Doymamış turşuların azlığı isə hüceyrə membranını blok edir. Bununla da insanın ağciyərləri yaxşı işləsə də, hava udsa da, hüceyrələrə oksugen çatmır.
Yohanna yüzlərlə xərçəng xəstələrini dərmanla yox, qidalanmasını dəyişməklə müalicə etməyə cəhd göstərənlərdəndir.
Onun resepti – kətan toxumu yağı və təmiz kəsmikdən ibarətdir.
Kətan yağı mütləq soyuq sıxılma olmalıdır. Çünki isti sıxılmada yağ vitaminləri itirir. Bu yağda olan çox miqdarda doymamış yağ turşuları yağsız kəsmiklə birləşdikdə orqanizmin hüceyrələrində sanki inqilab kimi dəyişim gedir.
-100 qr təzə, yağsız, organik kəsmiyi 2 xörək qaşığı soyuq sıxım kətan toxumu yağı ilə qarışdırın.
Bu qarışımı gün ərzində 2 dəfə yeyin. Hər dəfə təzəsini hazırlayın.
Yohanna Budviq bu resepti xəstəliyi gözləmədən, elə sağlam vaxtı qəbul etməyi tövsiyyə edir.
Onkoloji xəstələr isə elə diaqnoz qoyulandan bu qarışımı hər gün qəbul etməlidirlər.