Toksik meqakolon yoğun bağırsaqda və həzm sisteminin digər hissələrində şişkinlik və qıcıqlanma ilə təzahür olunan iltihabi bağırsaq xəstəliyidir. Bu zaman kolon genişlənə və uzana bilər.
Bu hal meydana gəldikdə, bədəndən qaz və ya nəcis çıxarıla bilmir. Nəticədə qaz və nəcisin yığılması yoğun bağırsağın partlamasına səbəb olur. Bu anda vəziyyət olduqca təhlükəli sayılır. Yoğun bağırsaq partladıqda bakteriyalar bədənə yayılır, infeksiyalaşır və orqanizmin ölümünə səbəb olur.
Medicina.az 2 nömrəli Baza Tibb Kollecinə istinadla xəbər verir ki, toksik meqakolonun simptomları aşağıdakılardır:
• Qanlı ishal;
• Şişkin qarın;
• Yüksək hərarət;
• Həssas qarın;
• Şok;
• Yüksək ürək döyüntüsü;
• Ağrılı bağırsaq hərəkətləri.
Xəstəliyin müalicəsi cərrahi müdaxilə edilərək aparılır.