Hər evin dərman qutusunda yod şüşəsini tapmaq
olur. Yod ilk tibbi yardım vasitəsi kimi müxtəlif travmalar, iltihablar və s.
zamanı geniş istifadə olunur.
Medicina.az xəbər verir ki, bəzi pozulmalar zamanı yod həqiqətən çox
təsirli sınanmış vasitədir. Lakin yoddan istifadə etdikdə ehtiyatlı olmaq
lazımdır. Düzgün istifadə olunmadıqda yod sağlamlığa ciddi ziyan vura bilər.
Belə ki, açıq yaralar zamanı yod yaranın
üzərinə düşməməlidir - bu yaranın daha da böyüməsinə, güclü ağrılara səbəb
olacaq. İlk tibbi yardım göstərdikdə yod yaranın üzərinə deyil, yaranın
ətraflarına (yalnız sağlam dəriyə!) çəkilə bilər. odla inhalyasiya etmək olmaz. Bu ağ ciyərin
toxumasının
Yod daxilə qəbul etmək olmaz (hətta 1-2 damcı həcmində) - bu qida
borusunun və mədənin selikli qişasının güclü yanıqlarına, hüceyrələrin nekrozuna
(məhv olmasına) səbəb olacaq.
Dezinfeksiya təsirindən əlavə yod
qıcıqlandırıcı təsirə malikdir. Dəriyə çəkildikdə yod bu sahədə damarların
genişlənməsinə, qan dövranının güclənməsinə səbəb olur. Nəticədə orqanizm
pozulma ilə daha fəal şəkildə mübarizə aparır - parçalanma məhsulları,
toksinlər buradan daha tez xaric olunur, immun hüceyrələri bura yönəlir. Bu isə
ağrıların və iltihabın azalmasına, sağalmanın tezləşməsinə, odemlərin və
bərkimiş sahələrin daha tez sovrulmasına kömək edir. Təbii ki, "yod
setka"sı yalnız köməkçi müalicəvi vasitə kimi və yalnız həkimlə
məsləhətləşdikdən sonra istifadə oluna bilər. İstənilən qalxanvari xəstəlikləri
zamanı yod "setka"sı qəti əks-göstərişdir!
Yod "setka"sı bu kimi pozulmalar zamanı istifadə oluna bilər:
- osteoxondroz (boyun və bel ağrıları zamanı)
- lyumbaqo (bel ağrıları)
- işias (bel nahiyəsində başlayan və sonra
sağrı və budun arxa hissəsinə yayılan ağrı)
- nevralgiya (bədənin istənilən nahiyəsində
nevroloji ağrı)
- soyuqdəymə xəstəlikləri, kəskin respirator
xəstəliklər, bronxit
- mialgiyalar (əzələ ağrıları)
- hematomalar
- bağların dartılması
- oynaqlarda ağrılar
- əzələ daxili inyeksiyalardan sonra əmələ
gəlmiş bərkimələr.
Yod "setka"sını çəkmək üçün qulaq
çöpü istifadə olunur. Qulaq çöpü yoda yüngül datırılır və biri-birindən 1 sm
məsafədə olan düz xətlər çəkilir (əvvəl şaquli, sonra üfqi). Yod yalnız sağlam zədələnməmiş dəriyə çəkilə
bilər. Yoddan tez-tez istifadə etmək olmaz - həftədə 2-3 dəfə. Bir çox pediatrlar
Qeyd
- Əgər siz allergik reaksiyalara
meyillisinizsə, ehtiyatlı olun - yod güclü allergik reaksiyalara səbəb ola
bilər.
- Əgər siz heç vaxt yoddan istifadə
etməmisinizsə, yoda olan həssaslığınızı yoxlayın - qolun iç hissəsində yodla
xətt çəkin və 30 dəqiqə gözləyin. Qızartı, qaşınma, ödem yoxdursa - "yod
setka"sından istifadə edə bilərsiniz.