Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yodla zəngin FEYXOA möcüzəsi- Hansı xəstəliklərdə faydalıdır?

  • 2020.11.10 17:46
  • 14653 Baxış
Yodla zəngin FEYXOA möcüzəsi - Hansı xəstəliklərdə faydalıdır?

Vətəni Braziliya olan bu subtropik meyvə - feyxoa çox az ölkədə yetişir. Azərbaycan da həmin ölkələrdən biridir. Mütəxəssislər Azərbaycanda feyxoanın yetişdirilməsi üçün şəraitin olduğunu və həmin meyvələrin insan orqanizminə lazımlı vitaminlər ötürdüyünü bildiriblər.


Feyxoanın tərkibi:


- Dəniz məhsulları qədər tərkibində yodla zəngin feyxoa meyvəsi orqanizmin normal fəaliyyətini tənzimləyir. Feyxoa orqanizmdə qalxanvari vəz hormonlarını qidalandırır. Məhz bu səbəbdən yod çatışmazlığının qarşısını almaq üçün bu meyvədən müntəzəm istifadə etmək məsləhətdir.


- Feyxoanın tərkibi kaliumla zəngindir. Kalium isə ürək fəaliyyəti üçün mühüm minerallardan biridir. Müntəzəm olaraq feyxoa yeyən insanların ürək əzələləri sağlam, ürək fəaliyyəti normal olur.


- Feyxoanın tərkibi C və PP vitaminləri ilə zəngindir. Bu isə damarlarda qan dövranını sürətləndirir, laxtalanmanın miqdarını azaldır.


- Feyxoanın qabığında olan katexin və leykoantosian maddələr insan orqanizmində güclü antioksidant təsiri yaradır. Birinci növbədə xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.


- Mədə-bağırsaq xəstəliklərinin müalicəsində də istifadə edilən feyxoa pektin və qidalı liflərlə zəngindir. Mədədə yaranan əlavə turşuluğun qarşısını alır.


- Yüksək təzyiqdən əziyyət çəkən insanlar feyxoa yeməyə üstünlük versin. Meyvənin tərkibi yüksək təzyiqi aşağı salaraq maddələr mübadiləsini normallaşdırır.


- Təbii antibiotik effekti yaradan feyxoa həm də iltihab proseslərinin qarşısını alır. Virus və infeksiyaların qarşısını alır. İmmun sistemini gücləndirir. Bu səbəbdən feyxoanı soyuq fəsillərdə soyuqdəymədən müdafiə olunmaq məqsədilə yemək tövsiyyə olunur.


Hansı xəstələr feyxoanı bol yeməlidir?


1.Qəbizliyə qarşı, həzm, mədə-bağırsaq problemləri


Feyxoanın ləti liflərlə zəngin olduğu üçün bağırsaqların peristaltikasını artırır, mədə şirəsini hasilini tənzimləyir.

Qəbizliyə qarşı ideal meyvədir. Eləcə də yoğun və düz bağırsaq şişləri ilə mübarizə aparır.


Bir fincan feyxoada 16 qr lif vardır, bu da qarında köpmə, həzmsizlik üçün faydalıdır.


2.Ürək damar xəstəlikləri, xolesterin, yüksək təzyiqdə


Feyxoa kaliylə zəngin olduğu üçün hipertenziya riskini azaldır. Damarları rahatladır, boşaldır, təzyiqi normallaşdırır. Eləcə də feyxoada olan C, B6 vitamini ürəyin işi üçün vacibdir. Gün ərzində bir iki ovuc feyxoa yemək bu dozanı ödəyir, infarkt, ürəyin işemik xəstəliklərinə qarşı təsirlidir.


3.İnfeksiyalarla mübarizə


Gündə cəmi 3 ədəd feyxoa yemək kifayətdir ki, immunitetə infeksiyalarla mübarizədə dəstək verəsiz. C vitamini antioksidantdır, bu da antivirus və kanserogen təsiri ilə məşhurdur.


4.Sinir sistemini möhkəmlədir


Feyxoada olan folat və fol turşusu Alsgeymer kimi əqli xəstəliyin qarşısını alır. Feyxoa beyin qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, koqnitiv və neyron aktivliyi artırır


5.Hamilələr üçün çox vacibdir


Feyxoada olan fol turşusu dölün yaxşı inkişafı, beyni üçün vacibdir. Hamilələrdə zob, anemiya problemlərini də həll edir, hemoqlobini qaldırır.


6.Əməliyyatdan sonra, travma və yaraları tez sağaldır


Feyxoa qəribə tərkibi ilə toxumaların, bağların bərpasını sürətləndirir. Ona görə qəzalar, travmalar, zədələr,yaralar, əməliyyatdan sonra bərpa üçün doğmalarınıza bol feyxoa verin.


7.Xərçəngdən qoruyur


Orqan, toxumaların hüceyrələrini saf oksigenlə təmin edən bu meyvə sərbəst radikalları zərərsizləşdirir, stresin izlərini silir, xərşəng hüceyrələrinin baş qaldırmasına imkan vermir, sizi onkologiyanın bəlasından qoruyacaq.


8.Dəri üçün cavanlıq, gözəllik mənbəyidir


Yaşıl meyvələri dəriyə maska olunduqda, nəmləndirir, dəri iltihanı, qaşıntı, səpkini aradan qaldırır, dərini cavanlaşdırır, bərkidir


9.Qalxanvari vəz xəstəlikləri, yod çatışmazlığı


Bəzən səhvən bütün zob xəstələri feyxoadan istifadə edir. Qalxanvari vəzin aktiv böyüməsində yod çox olmaz. Amma elə hormonal disbalans var ki, orda feyxoa lazımdır.


10.Prostatit və impotensiyaya qarşı


Kişilər üçün əvəzsizdir, çünki cinsi fəaliyyəti yaxşılaşdırır, prostat vəzi qoruyur və sonsuzluğa qarşı faydalıdır


QEYD: Allergiyası, şəkəri olanlar və piylənmədən əziyyət çəkənlər az yesin, diqqətli olsun