Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yod çatışmazlığında yaranan xəstəliklər - SİYAHI

  • 2022.09.08 14:04
  • 1259 Baxış
Yod çatışmazlığında yaranan xəstəliklər  - SİYAHI

Azərbaycan yod defisiti üzrə riskli ölkələrdəndir. Bizdə yod uşaqlıqdan çatışmır, ona görə zob geniş rast gəlinir.


"Medicina" xəbər verir ki, nutrisioloq Yelena Suxanova orqanizmdə yodun adekvat səviyyəsinin saxlanmasının vacibıiyini bildirib.


"Pandemiya ilə əlaqədar kütləvi olaraq yod defisiti yaşanır. Yod orqanizmdə bakteriya və viruslarla mübarizə üçün vacibdir.

O göbələklərdən tutmuş viruslara kimi məhv edir.

Yod qalxanvari vəzin hormonlarının əsas strukturudur. T3, T4 sintezi yodsuz mümkün deyil. Bu isə enerji mübadiləsi, bədən hərarətinin tənzimidir.

İmmunitetin gücü yodun miqdarından asılıdır. Su -elektrolit balansını da yod tənzimləyir.
Neyro-psixi reaksiyalar yodun səviyyəsindən asılıdır.

Hamilələrdə yod defisiti dölün skelet və beyninin formalaşmasına təsir edir.

80% hamilələr yod defisitndədir. Yod həm də güclü antioksidantdır. Onun təsiri C, D vitamininə bərabərdir.

Sutkalıq yod tələbatı 100 mkq-dır.

Yod çatışnayanda insanda zob, hormonal pozuntu, sonsuzluq, zehni yorğunluq, immunitet zəifliyi, tez-tez soyuqdəymə, virus xəstəlikləri olur.

Aygün Musayeva