Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yod çatışmazlığı və qalxanvari vəzini evdə belə yoxlayın – 90% problemlərin kökü

  • 2020.05.19 20:04
  • 4410 Baxış
Yod çatışmazlığı və qalxanvari vəzini evdə belə yoxlayın  – 90% problemlərin kökü

Qalxanvari vəz hormonal sistemi, ürəkdən tutmuş sinirlərə kimi, xüsusən qadınlarda bir çox sağlamlıq sistemlərini idarə edir.


Qalxanvari vəzin xəstəliyi təkcə orda böyük şiş, zob (ur) əmələ gəlməsi deyil. Vəzin lazım olmasından az və ya heç fəaliyyət göstərməməsi kimi pozulması ola bilər. Yəni vacib hormonlar az hasil olur.

Belə zəifləmələr əsasən yod kimi vacib elementin çatışmamasından qaynaqlanır. Orqanizmə daxil olan yodun 70%-ni elə qalxanvari vəz tükədir. Ona yod çox vacibdir.

Orqanizmdə yod defisitini isə təəssüf ki, qan analizi ilə təyin etmək olmur və bu çox çətindir.
Demək olar ki, bu analiz təyin olunmur.

Amma fakt ortadadır ki, müasir insan, xüsusən şəhərdə yaşayanlar, eləcə də Azərbaycanda vərəndaşlar kəskin tod defisiti yaşayır.

Ona görə də yodlaşdırılmış duz istifadə olunması tövsiyyə edilir.

Medicina.az xəbər verir ki, məşhur rusiyalı həkim Boris Uvaydov evdə qalxanvari vəzin fəaliyyətini yoxlamaq və yod defisitini təyin etmək üçün sınanmış və etibar etdiyi metodu məsləhət görür.

Bunu hər kəs evdə etməlidir. Çünki bu zaman bir çox xəstəlik, halsızlıq, sinir, əsəb, çəki problemi, ürək xəstəliklərinin səbəbini tapa biləcəksiz.

Beləliklə, axşam saatlarında yod məhlulundan hər iki biləklərinizə qalın xaçvari çəkirsiz. Yod biləkdən kənara ovuca çıxmamalıdır.

Eləcə də düz qaraciyərin üstünə yod setkası çəkirsiz.
Bogazda çökəyə və qalxanvari vəz olan yerə də yod nöqtələri qoyursuz.
Sonra baxırsız, bu yod izləri neçə vaxta tamam sovrulub itir.

Bədəndə yod normada olanda, qalxanvari vəzdə problem olmayanda bu xətlər ən azı 14-18 saat qalmalıdır.
Əgər yod izləri səhərə yoxa çıxırsa, deməli, sizdə kəskin yod defisitidir və qalxanvari vəz xəstədir.

Əgər 10-12 saata yoxa çıxırsa, orta səviyyədə çatışmamazlıqdır.

Yod izləri tez sürətlə itənlər təcili endokrinoloqa gedib, hormonal analizlərdən keçməlidir və yod tərkibli tabletlər, BAD və əlavələr qəbul etməlidir.