Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yod çatışmamazlığının acı nəticələri- Rəşid Mahmudov açıqladı

  • 2023.03.31 20:32
  • 2113 Baxış
Yod çatışmamazlığının acı nəticələri - Rəşid Mahmudov açıqladı
Azərbaycannın tanınmış həkimi Rəşid Mahmudov yod çatışmamazlığının hansı fəsadlara gətirib çıxardacağından söhbət açdı.


“Medicina” xəbər verir ki, yod çatışmazlığı dünyada qalxanabənzər vəzi xəstəliklərinin ən çox yayılmış səbəbidir. Yod az olan qidalanma hipotiroidizmə, qalxanabənzər vəzinin böyüməsinə (zob) və yeni doğulmuş körpələrdə əqli geriliyə, neyroinkişaf pozğunluğuna təsir göstərə bilər.

Yod çatışmazlığı qalxanabənzər vəzinin böyüməsinə (endemik zob), hipotiroidizmə, hamiləlik dövründə analarda bu elementin kəskin çatışmazlığı olan körpələrdə və uşaqlarda psixi pozğunluqlara səbəb ola bilər.

Hipotiroidizmin qalxanabənzər vəzinin zəifliyi səbəbindən inkişaf etdiyi ümumiyyətlə qəbul edilir. Amma hər şey tam tərsinə baş verir. Bu vəziyyət qalxanabənzər vəzinin başlanğıcda çox gərgin vəziyyətdə olduğunu göstərir.

Yod çatışmazlığı səbəbindən tiroid hormonlarını istehsal etmək və orqanizmdə metabolik prosesləri təmin etmək üçün daha çox işləməyə məcbur olur. Yəni, orqan, necə deyərlər, "iki iş üçün" işləyir və sonradan tükənir.

Yod çatışmamazlığı autizm, dəlilik, şizofreniya, xarakterində birdən-birə dəyişiklik olan adamlarda (birdən -birə qışqır – bağır salmaq, danışanda qışqıra – qışqıra danışmaqla özünü göstərir.

Aynurə Məmmədova