Bel və boyun ağrısından əziyyət çəkən 33 yaşlı Odinsova sakini onurğa müalicəsi üçün qeyri-ənənəvi bir metod seçir. Aleksey onurğasında və boynunda yırtıq aşkar olunduqdan sonra, dərmanlardan effekt almadığını gördükdə, internetdə məşhur olan xüsusi trenajor aləti sifariş edir.
Qlisson petləsi adlanan bu kiçik alətdə məşqlər edən Aleksey boynunu xüsusi rezinlə bağlayaraq trenajorda dartınma hərəkətləri edirdi.
Medicina.az xəbər verir ki, bir səhər evdə heç kimin olmadığı vaxt məşq edən gənc rezin qaytanı bərk sıxdığından oksigen çatışmazlığından huşunu itirir və elə trenajordaca boynu asılaraq qalır. Ailə üzvləri də evə gec qayıtdıqlarından Aleksey boğularaq ölüb.
İşi araşdıran polis ilk olaraq intihar versiyasını düşünsələr də, trenajorun quruluşunu incələdikdən sonra ölümün ehtiyatsızlıqdan və təhlükəsizliyə düzgün əməl edilməməsi səbəbindən baş verməsini təsdiq etdi.
Fiziorerapevt və manual terapevtlər bildirir ki, Qlisson petləsini insan özü təkcə öyrənib tətbiq edə bilməz. Bunun üçün onun yanında kimsə olmalıdır və mütləq master klaslar keçməlidir. Petlə çənə və başın arxasını tutmalıdır, boynu sıxmamalıdır. Trenajor elə qurulmalıdır ki, insan istənilən vaxt asanlıqla boynunu bu rezindən azad edə bilsin.