Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yıldız Tilbenin üzü yandı - FOTO

  • 2025.02.05 00:01
  • 638 Baxış
Yıldız Tilbenin üzü yandı -  FOTO

Türkiyəli müğənni Yıldız Tilbe pərəstişkarlarını qorxudub.

Medicina.az xəbər verir ki, stilini tez-tez dəyişən və saçlarını özü boyayan Tilbe sosial şəbəkədə başına gələni bölüşüb.

Tanınmış müğənni üzündəki yanıqların aydın göründüyü fotolarını izləyiciləri ilə bölüşərək, "Bir daha saçımı boyamayacağam. Kimyəvi yanıq aldım. Həkimə getdim, onun yazdığı hər şeyi, kremləri, həbləri tətbiq edirəm. İnşallah keçər, çox sağolun"" deyib.

Aygün
Medicina.az